Çatdirilma və ödəniş

Çatdırılma

Çatdırılma göstərilən ünvana saat 10:00-18:00 aralığında həyata keçirilir.

Çatdırılma üçün razılaşdırılmış vaxtda göstərilən ünvanda olmağınız vacibdir.

Kuryer yola düşməzdən təxminən 1-2 saat əvvəl sizinlə əlaqə saxlayır.

Onlayn sifariş təsdiqləndikdən sonra çatdırılma vaxtı üçün müştəri ilə əlavə əlaqə qurulacaq.

Müştəri təklif edilən gündə məhsulu qəbul edə bilməzsə, məhsul 7 gün ərzində saxlanılır. Bu müddət bitdikdən sonra sifariş ləğv edilir.

Bu qayda bütün çatdırılma növlərinə aiddir.

 

Sifarişin Təhvil Verilməsi

Çatdırılma, dəhlizlərdə və keçidlərdə maneə olmadığı halda ünvan daxilində yerinə yetirilir.

Kuryer:

  • Ərazi təmizliyi və obyektlərin yer dəyişməsi ilə məşğul olmur.
  • Məhsulların istifadə qaydaları, quraşdırılması və tənzimlənməsi barədə məsləhət vermir.

Sifarişin qəbul zamanı:

  • Məhsulun xarici görünüşünü və qablaşdırmasını,
  • Məhsul sayını,
  • Komplektasiyanı və sənədlərin mövcudluğunu yoxlamaq hüququnuz var.

Çatdırılma zamanı sifariş yalnız müvafiq şəxsə və ya onun adından məlumat verən şəxsə təhvil verilir.

Sifariş sənədlərin imzalanması ilə tamamlanmış sayılır. Sənədlər həmçinin elektron formada təqdim edilə bilər.

Azərbaycan Respublikasının hüdudlarından kənara çatdırılma həyata keçirilmir.
 

Çatdırılma Müddəti

Bakı və Abşeron yarımadası, Sumqayıt:

Kiçik ölçülü sifarişlər (anbarda mövcuddursa) növbəti gün ərzində Bakı şəhəri daxilində çatdırılır.
Abşeron yarımadasında yerləşən qəsəbələrə və Sumqayıt şəhərinə həftənin cümə və şənbə günləri çatdırılır.
Böyük ölçülü sifarişlər isə mərkəzi anbardadırsa 3 gün ərzində çatdırılır.


Çatdırılma Qiyməti

Sifariş məbləği 50 AZN-ə qədər olduqda çatdırılma 3 AZN təşkil edir.

50 AZN-dən yuxarı sifarişlərdə çatdırılma ödənişsizdir.

Dəqiq ünvanı olmayan və ya təhvil şərtləri uyğun olmayan sifarişlər üçün çatdırılma həyata keçirilmir.

Məbləğ ümumi hesab-fakturaya daxil edilir.

Sifarişi rəsmiləşdirən istifadəçi göstərilən çatdırılma şərtləri ilə avtomatik olaraq razılaşmış sayılır.

 

Bank kartı ilə onlayn ödəniş

  • Bank kartı ilə online
  • Sifarişi təhvil alarkən bank kartı ilə
  • Sifarişi təhvil alarkən nağd ödəniş