Haqqımızda

Haqqımızda

AZFILTER – 15 ildən artıq təcrübəyə malik, Azərbaycanda su təmizləmə sahəsində aparıcı şirkətidir. Bizim missiyamız hər bir ailəni və müəssisəni sağlam, təhlükəsiz və dadlı su ilə təmin etməkdir. Müştərilərimizə yalnız məhsul deyil, həm də tam həll təqdim edirik – satışdan başlayaraq çatdırılma, peşəkar quraşdırma, sazlama və uzunmüddətli texniki dəstəyə qədər bütün prosesdə tam dəstək oluruq.

Şirkətimiz Avropa və ABŞ istehsalı orijinal məhsulların rəsmi distribütorudur. Mənzil, həyət və bağ evlərindən başlayaraq ofis, restoran, otel, tibbi müəssisə və sənaye obyektlərinə qədər geniş sahələrdə peşəkar su təmizləmə həlləri təqdim edirik. İçməli, quyu və artezian sularının təmizlənməsi, çirkab sularının aradan qaldırılması və dəniz suyunun duzsuzlaşdırılması üzrə tətbiq olunan texnologiyalarımız keyfiyyət və etibarlılığı ilə fərqlənir.

AZFILTER hər zaman müştəriyə yönümlü yanaşması, rəsmi zəmanəti və yüksək xidmət standartları ilə seçilir. Peşəkar mühəndislərimiz keyfiyyətli şəkildə su təmizləmə avadanlıqlarının quraşdırılmasına və layihənləndirilməsinə zəmanət verir, zəmanət müddəti ərzində və zəmanət sonrası planlaşdırılmış texniki xidməti nəzarətdə saxlayır. Məqsədimiz sadəcə məhsul satmaq deyil, uzunmüddətli əməkdaşlıq qurmaq və hər kəsin həyatına təmiz, sağlam su gətirməkdir.

Suların kimyəvi və bakterioloji analizi

Mühəndislər tərəfindən texniki baxış və qiymətləndirmə

Avadanlıqların layihələndirilməsi və kommersiya təklifi

Zəmanət müddətində və sonrası planlı texniki xidmət

Layihədən sonra suyun laborator müayinəsi

Müştərilər üçün informasiya dəstəyi və konsultasiya