"Azfilter Group" MMC olaraq məqsədimiz sizin alış-verişlərinizə yalnız sevinc və məmnuniyyət gətirməkdir. Sizin hər bir addımında inam hissi duymağınız üçün aydın və şəffaf bir geri qaytarma siyasəti hazırlamışıq.
Biz hər bir müştərimizi dəyərləndiririk və geri qaytarma prosesinin sürətli, rahat və Sizin üçün maksimum sadə olmasına çalışırıq. Əgər suallarınız yaranarsa, Sizə hər zaman əlaqə nömrəsi, elektron poçt və ya istənilən satış nöqtəmiz vasitəsilə dəstək göstərməyə hazırıq.
Bizə etibar etdiyiniz üçün təşəkkür edirik.
Geri Qaytarma Siyasəti
Mağazamız "İstehlakçı hüquqlarının qorunması haqqında" Qanuna uyğun fəaliyyət göstərir. Aşağıdakı hallarda məhsulu geri qaytara və ya dəyişdirə bilərsiz:
Brak məhsulun geri qaytarılması və dəyişdirilməsi (zavod qüsuru)
Brak məhsulu zəmanət müddətində geri qaytara və ya dəyişdirə bilərsiz. Bunun üçün:
Şəxsi istək əsasında məhsulun geri qaytarılması
Məhsulu alındığı gündən etibarən 14 gün ərzində geri qaytara bilərsiz, əgər:
Qeyd 1: Qablaşdırması pozulmuş gigiyenik məhsullar geri qaytarılmır.
Biz hər bir alış-verişdə özünüzü güvəndə hiss etməyiniz üçün "İstehlakçı hüquqlarının qorunması haqqında" qanuna riayət edirik. Bu qanunun 7-ci maddəsinə əsasən, zavod qüsuru olan məhsulu zəmanət müddəti ərzində geri qaytara və ya dəyişdirə bilərsiz. Bundan əlavə, 15-ci maddəyə əsasən, keyfiyyətli məhsulu aldığınız gündən 14 gün müddətində geri qaytara və ya dəyişdirə bilərsiniz.
Məqsədimiz geri qaytarma prosesini Sizin üçün maksimum dərəcədə sadə və rahat etməkdir. Əgər hər hansı bir problem yaranarsa, biz həmişə kömək etməyə və ən yaxşı həlli tapmağa hazırıq!