Ultrabənövşəyi (UV) lampalar sayəsində suya heç bir kimyəvi maddə və ya oksidləşdirici əlavə etmədən mikroorqanizmlərin zərərsizləşdirilməsini təmin edir.
Aşağı təzyiqli civə lampası ilə qısa UV dalğaları yayan sistem bakteriya, virus, göbələk, kif, yosun və onların mikro hissəciklərini təsirsiz hala gətirir.
UV sistemlərində lampa alüminium və ya paslanmayan poladdan hazırlanmış korpus olur. Bu korpusdan keçən su UV şüalarının təsirinə məruz qalır.
Sistemin iş prinsipi mikroorqanizmlərin DNT və RNT quruluşunu pozaraq onları çoxalma qabiliyyətindən məhrum etməkdir. Effektiv işləməsi üçün su şəffaf olmalıdır, buna görə də UV-dən əvvəl 5 mikronluq filtrdən istifadə tövsiyə edilir.
Lampanın mikrobları öldürmə gücü zamanla azalır və təxminən ildə bir dəfə dəyişdirilməsi məsləhətdir.
UV sistemlərinin əksəriyyəti paslanmayan poladdan hazırlanmış korpusdan ibarətdir, lampalar isə içəridəki kvars şüşəsində yerləşdirilir. Elektrik cərəyanı ilə işləyən UV lampası 254 nm dalğa uzunluğunda işıq saçaraq sudakı mikroorqanizmləri təsirsiz hala gətirir.
UV dezinfeksiya – günəş işığının təbii hissəsi olub, ekoloji baxımdan təmiz və etibarlı su təmizləmə üsulu sayılır.
Texniki göstəricilər:
Korpus: 304 paslanmayan polad
Gərginlik: 220 V, 50 Hz
İşçi təzyiq: 8 bar
Lampanın ömrü: 9000 saat
İş temperaturu: 2–40 °C
Bağlantı: nipel (xarici dişli)
Lampa: Light Tech (ISO 9001 sertifikatlı)