“Azerfloat” QSC

   Şüşə zavodlarında istifadə olunan suyun keyfiyyəti istehsal prosesində mühüm rol oynayır. Təmiz və sabit parametrlərə malik su istehsal olunan şüşənin şəffaflığını, keyfiyyətini və zavod avadanlıqlarının uzunömürlülüyünü təmin edir. Buna görə də zavodlarda Əks osmos texnologiyasına əsaslanan müasir filtrasya sistemlərinin tətbiqi vacibdir.
   Buna əsaslanaraq biz Azerfloat şüşə zavodunda filtrasya sistemi quraşdıraraq istehsalat prosesində tələb olunan sabit və keyfiyyətli suyu təmin etmişik.

Quraşdırılan avadanlıqlar:

Avtomatik mexaniki təmizləmə: CLACK WS1 BTZ-05 Filter Valve, PWG Tank Q-1865 (Belçika) — sudakı qum, pas və bərk hissəciklərin təmizlənməsi.

Avtomatik su yumşaltma sistemi: CLACK WS1 BTZ-05 Filter Valve, PWG Tank Q-1865 (Belçika) — xlor, üzvi qarışıqlar, xoşagəlməz dad və qoxunun aradan qaldırılması.

Əks osmos sistemi: RO SS1 80x40, Oltremare Membrane Technology (İtaliya) — suyun molekulyar səviyyədə təmizlənməsi və sabit keyfiyyətin təmin edilməsi.

Məhsuldarlıq: 1 m³/saat