Bilgah Estates Villa

 Villalarda suyun keyfiyyətinin qorunması həm qazanxana və istilik sistemlərinin, həm də sanitariya avadanlıqlarının və məişət texnikasının uzunömürlü işləməsi üçün vacibdir. Sərt su borularda çöküntülərə, avadanlıqların sıradan çıxmasına və əlavə xərclərə səbəb ola bilər. Bu məqsədlə villada kompleks su filtrasiyası və yumşaldıcı sistemlər quraşdırılıb.

Quraşdırılmış avadanlıqlar:

Avtomatik mexaniki təmizləmə: CLACK WS1 BTZ-05, PWG Q-10x54 (Belçika)  — sudakı qum, pas, gil və digər bərk hissəciklərin çıxarılması.

Avtomatik kömürlü təmizləmə: CLACK WS1 BTZ-05, PWG Q-10x54 (Belçika) — xlor, üzvi qarışıqlar, xoşagəlməz dad və qoxunun aradan qaldırılması.

Avtomatik su yumşaltma sistemi: CLACK WS1 EI Twin Duplex Valve, PWG-10x54 (Belçika) - balon tipli filtrə doldurulan ionəvəzedici qətran sərt duzları çıxarır, borularda və avadanlıqlarda daş çöküntülərinin yaranmasının qarşısı alır.

Antibakterial sterilizasiya: Ultraviolet ES–105 (Türkiyə) sistemi suyu UV şüaları ilə dezinfeksiya edir və bakteriya, virusların çoxalmasının qarşısını alır.

Məhsuldarlıq: V=2m³/saat

   Bu sistem sayəsində villada suyun keyfiyyəti yüksəlir, qazanxana və istilik sistemləri, həmçinin məişət avadanlıqları sərtliyə qarşı qorunur.