Yaşayış kompleksləri üçün mərkəzləşdirilmiş su filtrasiyası — hər bir mənzilə təmiz və təhlükəsiz su təmin etməyin ən effektiv yoludur. Bu sistem sayəsində sakinlər həm sağlam su əldə edir, həm də quraşdırılan yumşaldıcı avadanlıqlar sayəsində borularda və avadanlıqlarda daş çöküntülərinin, pas və çirklənmələrin qarşısı alınır. Kompleks səviyyəsində filtrasiya həm suyun keyfiyyətini yüksəldir, həm də ümumi infrastrukturun uzunömürlülüyünü qoruyur.
Quraşdırılan avadanlıqlar:
Avtomatik mexaniki təmizləmə: CLACK WS2 BTZ-05, PWG Q-36x72 (Belçika) balon tipli filtr vasitəsilə sudakı qum, pas, gil və digər mexaniki çirkləndiricilər aradan qaldırılır.
Avtomatik su yumşaltma sistemi: CLACK WS2 DME-05, PWG Q-30x72 (Belçika) - balon tipli filtrə doldurulan ionəvəzedici qətran sərt duzları çıxarır, borularda və avadanlıqlarda daş çöküntülərinin yaranmasının qarşısı alır.
Avtomatik kömürlü təmizləmə: CLACK WS2 BTZ-05, PWG Q-30x72 (Belçika) aktiv karbon əsaslı balon tipli filtr ilə sudan xlor, üzvi birləşmələr, xoşagəlməz qoxu və tam çıxarılır.
Məhsuldarlıq: 20 mᶾ/saat