01.10.2025

Beynəlxalq Qəhvə Günü

Sevilən içkinin bayramı: Qəhvənin tarixi və ənənələri barədə faktlar

Tarix və ənənələr

Qəhvə milyonlarla insan üçün günün ayrılmaz hissəsinə çevrilib: kimisi üçün səhərin başlanğıcı, kimisi üçün isə gün ərzində enerji və ilham mənbəyidir. Bu sevilən içkinin özünə məxsus günü də var – Beynəlxalq Qəhvə Günü,1 oktyabr tarixində qeyd olunur.

Qəhvənin vətəni Efiopiya hesab olunur. Əfsanəyə görə, IX əsrdə çoban qəhvə giləmeyvəsinin insanı daha enerjili etdiyini kəşf edib. Sonralar içki Şərqdə, daha sonra isə Avropa, Asiya və Amerikada geniş yayılıb. Bu gün isə qəhvə – ünsiyyətin, rahatlığın və zövqün simvoludur.

Tarix təsadüfi seçilməyib: Beynəlxalq Qəhvə Təşkilatı 1 oktyabrı rəsmən elan edib, çünki bu vaxtda bir çox ölkələrdə qəhvə məhsulu yığılır.

Ənənələr

Bu gün dünyanın müxtəlif ölkələrində festivallar, dequstasiyalar, barista çıxışları və ustad dərsləri keçirilir. Qəhvə dükanları və şirkətlər xüsusi kampaniyalar təşkil edir və qonaqlara yeni dadlar təqdim edirlər. Ən gözəl qeyd etmə üsulu isə – sevimli məkanda bir fincan ətirli qəhvə içməkdir.

Amma bir sirr var: ən yaxşı dənələr də təmiz su olmadan öz dadını tam göstərmir. 

Dadlı və keyfiyyətli qəhvə yalnız seçilmiş dənələrdən deyil, həm də onun hazırlanmasında istifadə olunan sudan asılıdır. Əgər su təmiz deyilsə, nə qədər yaxşı qəhvə seçilsə belə, dadında fərq hiss olunacaq. Azfilter insanları hər zaman təmiz və keyfiyyətli su ilə təmin edir. Evdə də, ofisdə də, kafe və qəhvə dükanlarında da — bizim qurğular sayəsində suyunuz saf qalır, qəhvəniz isə öz əsl dadını qoruyur.